Mənbələr
sübut edir ki, Ağdaşda hələ XX-əsrin əvvəllərində 1906-cı il 4 avqustda
qiraətxana açılmışdır. Kitabxana isə 1923-cü ildə təşkil edilmişdir. Ağdaş rayon MKS-i 1980-cı ildə yaradılmışdır. MKS-i Oxuculara xidmət şöbəsi, Komplektləşdirmə və kitabişləmə şöbəsi, Metodiki işlər şöbəsi, Kitabxanalar arası abonement şöbəsi, Məlumat biblioqrafiya şöbəsi, İncəsənət və s. şöbələri olan Mərkəzi kitabxanadan, 1 uşaq kitabxanasından 79 filial kitabxanadan ibarətdir. Filial kitabxanaların 8-i şəhərdə 3-ü qəsəbələrdə 68-i isə kəndlərdə yerləşir. Hazırda Ağdaş rayon MKS-nin fondunda 486900 nüsxə kitab vardır ki, onlardan 85300 nüsxəsi latın qrafikalı ədəbiyyatdır. Ötən 2008-ci ildə 38100 nəfər oxucuya 810000 nüsxə kitab verilişi olmuşdu. Kitabxanalarımız hər il 20 yanvar hüzn günü, 24 fevral beynəlxalq ana dili günü, 26 fevral Xocalı faciəsi günü, 8 mart beynəlxalq qadınlar bayramı, 21-22 mart novruz bayramı, 31 mart azərbaycanlıların soyqırım günü, 2 aprel beynəlxalq uşaq kitab günü, 9 may qələbə günü, 28 may Respublika günü, 1 iyul uşaqları beynəlxalq müdafiə günü, 15 iyun milli qurtuluş günü, 26 iyun silahlı qüvvələr günü, 1 avqust Azərbaycan dili günü, 15 sentyabr bilik günü, 18 oktyabr müstəqillik günü, 12 noyabr konstitusiya günü, 17 noyabr milli dirçəliş günü, 31 dekabr dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi əlamətdar və tarixi günlər münasibətilə elmi praktik konfranslar, dəyirmi masalar, disputlar, görüşlər, müzakirələr keçirir, sərgilər, foto-montajlar təşkil edirlər. Ramazan bayramı və Qurban bayramı genişliyi ilə qeyd edilir. 2008-ci ilin ən böyük siyasi hadisəsi olan Prezident seçkiləri ilə əlaqədar kitabxanalarımızda bir neçə ay davam edən silsilə tədbirlər keçirilmişdir. Həmçinin 2009-cu ilin ötən dövrünün ən yadda qalan siyasi hadisəsi olan ümumxalq referendumu ilə əlaqədar da kitabxanalarımızda geniş tədbirlər keçirilmiş, kitabxanaçılarımız hər iki səs vermədə fəal iştirak etmişlər. Bunlardan başqa son iki ildə kitabxanalarımızda yubileyi olan şair və yazıçılardan Mir Cəlalın anadan olmasının 100 illiyi, Anarın anadan olmasının 70 illiyi, Mikayıl Müşfiqin anadan olmasının 100 illiyi, Məmməd Arazın anadan olmasının 75 illiyi, Maqsud Şeyxzadənin anadan olmasının 100 illiyi, habelə Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi və Mehdi Hüseynin anadan olmasının 100 illiyi münasibətilə oxucular konfransları, kitab müzakirələri, ədəbi-bədii gecə ,disputlar, dəyirmi masalar, təqdimatlar keçirilmişdir. 2008-ci ilin may ayında ulu öndər ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Ağdaş Rayon İcra Hakimiyyəti aparatının dəstəyi ilə rayon ictimaiyyətinin iştirak etdiyi möhtəşəm kitab bayramı keçirilmişdir. Bu ilin may ayında isə ümummilli liderin anadan olmasının 86-cı ildönümü münasibətilə elmi praktik konfrans və görkəmli Oftalmoloq alim Zərifə Əliyevanın 86 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Son illərdə kitabxanalarımızın fonduna daxil olan əksər kitabların təqdimatları keçirilir. Bunlardan «Heydər Əliyev və mədəniyyət»kitabının təqdimatı 2008-ci il iyun ayının 4-də «Prezident İlham Əliyev və mədəniyyət 2003-2008 kitabının təqdimatı isə bu il may ayında keçirilmişdir. 2008-ci il oktyabr ayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və göstərişi ilə I-Uşaq kitab Bilik festivalı keçirilmişdir. Son illərdə iyun-oktyabr aylarında əhalinin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar olaraq hər həftənin altıncı günləri H.Əliyev adına Mədəniyyət və istirahət parkında keçirilən kənd və şəhər günlərində kitabxanalarımız fondlarında olan yeni kitabların nümayişi ilə fəal iştirak etmişlər. 2009-cu il üçün kitabxananın iş planı |
Reklam
banerləri |
![]() |
|
![]() |
|
![]() |




